“Araz-Naxçıvan”dan daha bir qələbə

21.02.26 | 15:51
Ölkə futbolu

Premyer Liqanın 21-ci turunun ikinci oyun günündə “Araz-Naxçıvan” səfərdə “Karvan-Yevlax”la qarşılaşıb. Görüşün taleyini qonaq komandanın legioneri Felipe Santos həll edib. O, matçın 32-ci dəqiqəsində hesabı açaraq komandasını önə keçirib. 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək həm özünün, həm də komandasının ikinci qoluna imza atıb.

Bu qələbə sayəsində xallarının sayını artıran Andrey Demçenkonun yetirmələri yenidən “5-liy”ə daxil olmağı bacarıblar. Füzuli Məmmədovun rəhbərlik etdiyi “Karvan” heyətdə bir neçə dəyişiklik etsə də, naxçıvanlıların müdafiə səddini yara bilməyib. “Araz-Naxçıvan” hər hissədə vurduğu bir qolla 2:0 hesablı inamlı qələbə qazanaraq, avrokuboklar uğrunda mübarizədə iddiasını qoruyub saxladı. “Karvan” isə doğma azarkeşləri önündə xal itkisi ilə üzləşdi.

KARVAN (YEVLAX) – ARAZ-NAXÇIVAN 0:2 (0:1)

Qollar:  Felipe Santos, 32′ (0:1). Felipe Santos, 51′ – penaltidən (0:2)

Baş hakim: İnqilab Məmmədov

“Karvan” (Yevlax): Pedro Mateuş, Vadim Abdullayev (k) (İbrahim Qədirzadə, 68), Eltun Turabov (Samir Abdullayev, 60), Moyze Ngvisani, Uğur Cahangirov (Piter Kinqs, 68), Rauf Rüstəmli (Samuel Dürrant, 55), Qavi Tompson, Emin Rüstəmov, Şakil Sno, Kayl Spens, İmani Barker

“Araz-Naxçıvan”: Kristian Avram, Bəxtiyar Həsənəlizadə (k), Slavik Alxasov, Coşqun Diniyev (Nunu Rodriqeş, 78), Rahil Məmmədov, Ömər Buludov, Mustafa Əhmədzadə, Ramon (Ba-Muaka Simakala, 78), Felipe Santos (Ülvi İsgəndərov, 72), Hamidu Keyta (Şarl Boli, 64), Patrik Andrade.

Sarı vərəqə: Slavik Alxasov (“Araz-Naxçıvan”)

Paylaş:

Xəbər Lenti

Meksika pley-off-u təmin etdi

19.06.26 | 08:06

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

Qətər 9 oyunçu ilə darmadağın oldu

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31

Çexiya və Cənubi Afrikadan hər iki komandanı çətin duruma salan sülüh

18.06.26 | 20:59

“Turan Tovuz” Türkiyə toplanışını ləğv edərək vətənə döndü!

18.06.26 | 18:05

Çempionlar Liqasının püşkü atıldı: “Neftçi”nin ilk rəqibi bəlli oldu

18.06.26 | 18:09

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39