Valdas Dambrauskas: “Qəbələ bu yerə layiq deyil, qapıçımız bizi xilas etdi”

16.02.26 | 21:22
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən  “Qəbələ” ilə oyundan (1:0) sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.Qazanılan çətin qələbəni şərh edən litvalı mütəxəssis rəqibin oyununu yüksək qiymətləndirib:

 “Məşqçi işinin aydın hiss olunduğu “Qəbələ” çox yaxşı komandadır. Onların turnir cədvəlinin aşağı pillələrində qərarlaşması real potensiallarını əks etdirmir. Onların müdafiə səddini yarmaq bizim üçün olduqca çətin oldu. İkinci hissənin ilk 20-25 dəqiqəsində yaxşı futbol oynadıq, lakin son 10 dəqiqə bizim üçün çox ağır keçdi. Düşünürəm ki, rəqib bu oyunda 1 xal qazanmağa layiq idi. Bu gün qapıçımız seyvləri ilə bizi real qoldan xilas etdi”.
Komandanın birinci pillədə qərarlaşmasının yaratdığı psixoloji təzyiq haqqında danışan Dambrauskas, diqqəti yalnız növbəti oyunlara yönəltdiklərini bildirib:

 “Biz komanda ilə razılığa gəlmişik ki, turnir cədvəlinə baxmayaq. Yalnız hər növbəti oyun haqqında düşünürük. Məqsədimiz xalları hesablamaq deyil, oyunumuzu təkmilləşdirmək və yol verdiyimiz səhvləri düzəltməkdir”.
Avrokubok iştirakçılarının oyunlarının təxirə salınması mövzusuna toxunan baş məşqçi, tarazlığın qorunmasının vacibliyini vurğulayıb:

 “Litvada da bəzən belə hallar olur. Bu, bizim idarə edə biləcəyimiz bir məsələ deyil, əsas işimiz oyunlarımıza köklənməkdir. “Qarabağ”ı anlamaq olar, onlar tarixi uğur qazanıblar. Lakin eyni zamanda daxili çempionatı da unutmaq olmaz. Bu məsələlərin tənzimlənməsi ilə turniri təşkil edən qurumlar məşğul olmalıdır”.
Püşkə əsasən eyni qrupda yer alan Azərbaycan və Litva millilərinin şanslarını dəyərləndirən Dambrauskas, əsas mübarizənin məhz bu iki komanda arasında keçəcəyini qeyd edib:

 “Bolqarıstan və Kiprdə işlədiyim vaxtlarda da hər dəfə Litva millisi rəqib qrupunda olurdu. İndi eyni hal Azərbaycanda təkrarlanır. Lixtenşteynə hörmətim sonsuzdur, lakin qrupun taleyi Azərbaycan və Litva arasındakı mübarizədən asılı olacaq. Şanslar heyətlərin optimal olub-olmamasından asılıdır. Litva millisinin çoxlu legioneri var və onların oyun zamanı hansı formada olacağı həlledici rol oynayacaq. Azərbaycan millisinin də güclü oyunçuları var. Mənim köməyimə gəlincə, müasir futbolda rəqib haqqında məlumat tapmaq çox asandır, ona görə də Litvaya xüsusi köməyim lazım olmayacaq”.

Paylaş:

Xəbər Lenti

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43

Şərqi Avropa intizamı Niderland hücumuna qarşı: Arda Turanın çətin imtahanı

09.04.26 | 07:00

İngilislər çətin səfərlərdə, İspaniya təmsilçisi Almaniya sınağında

09.04.26 | 07:36

Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21

Tamblinqçilərimiz Avropa çempionatında finala adladılar

08.04.26 | 23:01

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə

08.04.26 | 23:27

“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33

ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09

İspanların  Almaniya təhlükəsi hələ sovuşmayıb

08.04.26 | 18:32

“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26

“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29

“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20

Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18

UEFA Avropa Liqası: 1/4 final mərhələsi start götürür

08.04.26 | 13:46

Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29

Avropa çempionatında “Azərbaycan derbisi”

08.04.26 | 12:09

“Sabah”dan səfər yubileyi: 120-ci oyunda 50-ci qələbə

08.04.26 | 12:14

Dünya futboluna ağır itki: Mirça Luçesku vəfat etdi

08.04.26 | 06:19

ÇL: “Bavariya” və “Arsenal”ın səfər qələbəsi

07.04.26 | 23:31

Vadar Nuriyev: “Hakimin qərarları oyunumuza birbaşa təsir etdi”

07.04.26 | 23:43