Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31
Dünya futbolu

Avropanın aparıcı futbol liqalarında çempionluq mübarizəsi bütün şiddəti ilə davam edərkən, azarkeşləri qarşısında hələ də başıaşağı olmayan cəmi üç komanda qalıb: “Fənərbaxça”, “Benfika” və “Slavia”.

Avropanın ən yaxşı 10 liqasında gərgin qrafikə baxmayaraq, yalnız bu üç klub yollarına məğlubiyyətsiz davam edir. Maraqlıdır ki, hər üç komanda öz liqalarında geridə qalan 21 tur ərzində eyni statistik göstəriciyə imza atıb: 14 qələbə, 7 heç-heçə və 49 xal.

Mourinyo faktoru: İstanbuldan Lissabona

Mətbuatın və azarkeşlərin daim diqqət mərkəzində olan, qalmaqallı açıqlamaları ilə tanınan portuqaliyalı mütəxəssis Joze Mourinyo mövsümə “Fənərbaxça”da başlasa da, hazırda mübarizəsini “Benfika”da davam etdirir. “Xüsusi biri” (The Special One) İstanbul təmsilçisi ilə mövsümün əvvəlində iki oyuna çıxıb, “Göztepe” ilə 0-0 heç-heçə edib, “Kocaelispor”u isə 3:1 hesabı ilə məğlub edib.

Mourinyonun gedişindən cəmi 20 gün sonra “Benfika”nın sükanı arxasına keçməsi Lissabon klubuna uğur gətirib. O, “Qartallar”la çıxdığı 17 liqa matçında 11 qələbə və 6 heç-heçə qazanıb.

“Fənərbaxça”da Tedesko dönəmi və “Slavia”da sabitlik

“Fənərbaxça” 4-cü turdan etibarən komandanı belçikalı Domeniko Tedeskoya əmanət edib. Tedesko rəhbərliyindəki 18 matçda sarı-lacivərdlilər 12 qələbə və 6 heç-heçə ilə məğlubiyyətsiz seriyanı davam etdiriblər.

Digər tərəfdən, Çexiya təmsilçisi “Slavia” sabitliyi ilə seçilir. 2017-ci ilin dekabrından bəri komandanı çalışdıran və ötən il çempionluq sevinci yaşayan Yindrix Trpişovski bu mövsüm də komandasını zirvədə saxlayır.

Turnir cədvəli və statistikalar

Məğlubiyyət acısı dadmayan üçlük arasında yalnız “Slavia” öz liqasında liderdir və ən yaxın izləyicisi “Sparta”nı 5 xal qabaqlayır.

Türkiyə Superliqasında “Fənərbaxça” 49 xalla, 52 xala malik lider “Qalatasaray”ın ardından ikinci pillədə qərarlaşıb. Portuqaliyada isə “Benfika” (49 xal) zirvə uğrunda “Portu” (56 xal) və “Sportinq” (52 xal) ilə mübarizə aparır. Qeyd edək ki, “Qalatasaray”, “Portu” və “Sportinq”in hər birinin aktivində bir məğlubiyyət var.

 Top fərqinə görə ən yaxşı göstərici “Benfika”ya məxsusdur (+32, 44-12). Onları +30 (48-18) fərqlə “Fənərbaxça” və +29 (46-17) fərqlə “Slavia Praqa” izləyir.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21