Premyer Liqanın 19-cu turunda keçirilən “Turan-Tovuz” – “Karvan-Yevlax” qarşılaşması (1:0) ev sahibi üçün əlamətdar olub. Bu qalibiyyətlə Tovuz təmsilçisi ölkə çempionatları tarixində doğma meydanda 25-ci qələbəsini rəsmiləşdirib.
“Turan-Tovuz” doğma meydanda keçirdiyi 63-cü qarşılaşmada yubiley qələbəsinə imza atıb. Bununla da Qurban Berdiyevin yetirmələri Azərbaycan çempionatları tarixində öz evində ən azı 25 qələbə qazanan 30-cu komanda kimi tarixə düşüb.
Xatırladaq ki, Tovuz təmsilçisi doğma divarlar arasında ilk belə uğurunu 2022-ci il sentyabrın 9-da “Kəpəz” üzərində qazandığı qələbə ilə (2:0) əldə etmişdi.