Ermənistan Olimpiya oyunlarında təxribata yol verib

06.02.26 | 15:52
Digər növlər

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmunlu “Arsax” musiqisindən istifadə etməsini qətiyyətlə pisləyib.

MOK məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi etiraz məktubu ünvanlayıb. Məktubda vurğulanan əsas məqamlar aşağıdakılardır:

Siyasi və ideoloji təxribat: BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, “Arsax” ifadəsi Ermənistanın Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinə qarşı uzun illər apardığı qeyri-qanuni və separatçı siyasətin ideoloji əsasını təşkil edir. Olimpiya Oyunları kimi mötəbər platformada belə bir proqramın seçilməsi açıq-aşkar siyasi xarakter daşıyır.

Olimpiya Xartiyasının pozulması: Qeyd olunub ki, Olimpiya Xartiyasının prinsiplərinə əsasən, oyunlar zamanı hər hansı siyasi, ideoloji və ya separatçı təbliğata yol verilməməlidir. İdmanı siyasətdən kənar saxlamaq və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaq BOK-un əsas missiyalarından biridir.

Beynəlxalq prinsiplərə zərbə: Bu cür addımların Olimpiya hərəkatının neytrallıq prinsipinə, idman etikasına və regionda sülh, qarşılıqlı etimad mühitinə ciddi xələl gətirdiyi bildirilib.

Milli Olimpiya Komitəsi bir daha bəyan edib ki, Olimpiya Oyunları sülhün və xalqlararası hörmətin rəmzidir. Bu platformadan separatçı təbliğat üçün istifadə edilməsi yolverilməzdir.

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01