Niderlandda təmsilçimiz Aydın Süleymanlının da mübarizə apardığı nüfuzlu “Tata Steel Challengers” beynəlxalq şahmat turniri həlledici mərhələyə qədəm qoyub.
11-ci turda təcrübəli ukraynalı qrosmeyster Vasili İvançuka məğlub olan həmvətənlimiz, 12-ci turuda inamlı oyun nümayiş etdirib. İahmatçımız bu turda Fransa təmsilçisi Mark-Andria Mauritsini məğlub edərək hesabına növbəti xalı yazdırıb.
Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran Aydın, turnir cədvəlinin zirvəsindəki mövqeyini yenidən bərpa edib. Qeyd edək ki, gənc şahmatçımız turnir boyu göstərdiyi stabil oyunla həm liderlik uğrunda mübarizə aparır, həm də şəxsi reytinq xallarını əhəmiyyətli dərəcədə artırır. 13 turdan ibarət olan dairəvi sistemli yarışın qalibi fevralın 1-də müəyyənləşəcək.