Premyer Liqanın qış fasiləsindən sonrakı turların proqramı dəqiqləşib. 18-ci turun mərkəzi qarşılaşması fevralın 1-də Bakıda “Qarabağ” və “Turan Tovuz” komandaları arasında keçiriləcək və bu oyunla tura yekun vurulacaq. Turun digər maraqlı görüşündə isə “Araz-Naxçıvan” doğma meydanda “Neftçi”ni qəbul edəcək.
19-cu turda isə futbolsevərləri maraqlı qarşılaşmalar gözləyir. “Neftçi” və “Qəbələ” arasındakı prinsipial oyun fevralın 10-da turun bağlanış matçı olacaq. Həmçinin, “Şamaxı” və “Qarabağ” kubok oyunundan cəmi 5 gün sonra bu dəfə çempionat çərçivəsində yenidən Şamaxıda qarşı-qarşıya gələcəklər.
18-ci tur
30 yanvar
14:30 “Karvan-Yevlax” – “Sumqayıt” (Yevlax şəhər stadionu)
17:00 “Qəbələ” – “İmişli” (Qəbələ şəhər stadionu)
31 yanvar
14:30 “Kəpəz” – “Şamaxı” (Yevlax şəhər stadionu)
17:00 “Zirə” – “Sabah” (Zirə İdman Kompleksinin stadionu)
1 fevral
16:00 “Araz-Naxçıvan” – “Neftçi” (Bakı, “Liv Bona Dea Arena”)
18:30 “Qarabağ” – “Turan Tovuz” (Bakı, “Azərsun Arena”)
19-cu tur
8 fevral
16:00 “Sabah” – “Araz-Naxçıvan” (Masazır, “Bank Respublika Arena”)
18:30 “Sumqayıt” – “Zirə” (Sumqayıt, Mehdi Hüseynzadə adına stadion)
9 fevral
14:30 “İmişli” – “Kəpəz” (Quba İOK stadionu)
18:30 “Turan Tovuz” – “Karvan-Yevlax” (Tovuz şəhər stadionu)
10 fevral
14:30 “Şamaxı” – “Qarabağ” (Şamaxı şəhər stadionu)19:00 “Neftçi” – “Qəbələ” (Bakı, “Palms Sports Arena”)