Qış təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçirəcək “Zirə”nin yoxlama oyunlarındakı rəqibləri bəlli olub. Paytaxt təmsilçisi Antalyada baş tutacaq hazırlıq prosesi çərçivəsində üç yoxlama matçında qüvvəsini sınayacaq.
Rəşad Sadıqovun yetirmələri yanvarın 12-də Rumıniyanın “Çiksereda” klubu ilə üz-üzə gələcək. Yanvarın 16-da isə “qartallar”ı daha gərgin qrafik gözləyir. “Zirə” eyni gündə həm Ukraynanın “Aleksandriya”, həm də Çexiyanın “Bohemians” kollektivləri ilə qarşılaşacaq.