Kişi şahmatçılarımız Top-7-də
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni 2026-cı ilin əvvəlinə olan kişi və qadın yığmalarının yenilənmiş dünya reytinq cədvəlini açıqlayıb.
Ölkələrin mövqeyi komandanın ən güclü 10 şahmatçısının orta ELO xalı əsasında müəyyənləşir. Yenilənmiş siyahıda ölkəmizin kişi millisi 2625 xallıq göstəricisini qorusa da, bir pillə irəliləyərək dünya yeddincisi olub. Qadın millimiz isə 2299 xalla ötən reytinqdəki mövqeyini saxlayaraq 11-ci pillədə qərarlaşıb.
Qarışıq reytinq cədvəli (kişi və qadınların birgə nəticəsi) üzrə ölkəmiz 2462 xalla dünyada 9-cu sıradakı yerini qoruyub.
Dünya liderləri:
Kişilər arasında: ABŞ (2727)
Qadınlar arasında: Çin (2495)
Qarışıq reytinqdə: Çin (2574)