Afrika Millətlər Kubokunda iştirak etmək üçün dekabrın 19-da Mərakeşə yollanan Konqo DR-in hücumçusu Sedrik Bakambu hələ də baqajına qovuşa bilməyib. Maraqlıdır ki, futbolçu çemodanlarını gözlədiyi bu müddət ərzində Konqo DR yığması ilə turnirin pley-offuna yüksəlməyə belə vaxt tapıb. Təcrübəli hücumçu vəziyyəti belə izah edib: “Dekabrın 19-da Kasablankada olmalı olan yüklərimdən hələ də xəbər yoxdur. Aidiyyatı qurumlar baqajın onlarda olduğuna dair üç dəfə mənə məlumat versələr də, hələ ki, əlimə heç nə çatmayıb”.