UEFA Millətlər Liqasının 2026/27-ci il mövsümü üçün püşkatma mərasiminin vaxtı və komandaların səbətləri müəyyənləşib. Püşkatma 2026-cı il fevralın 12-də keçiriləcək. Millimiz builki uğursuz nəticələrdən sonra D Liqasına yuvarlanıb və burada birinci səbətdə yer alıb.
Liqalar üzrə səbətlər
A liqası
1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə
B liqası
1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo
C Liqası
1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer ad., Cənubi Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllüttariq (cütün qalibi), Lüksemburq/Malta (cütün qalibi), Moldova, San Marino
D Liqası
1-ci səbət: Azərbaycan, Litva
2-ci səbət: Latviya/Cəbəllüttariq (cütün məğlubu), Lüksemburq/Malta (cütün məğlubu), Lixtenşteyn, Andorra
Qrup mərhələsinin qarşılaşmaları 2026-cı ilin payız aylarında keçiriləcək:
1-ci tur: 24–26 sentyabr
2-ci tur: 27–30 sentyabr
3-cü tur: 1–3 oktyabr
4-cü tur: 4–6 oktyabr
5-ci tur: 12–14 noyabr
6-ci tur: 15–17 noyabr
Pley-off və Finallar:
Dörddəbir finallar və keçid oyunları: 25–30 mart 2027
Yarımfinallar və Final: 9–13 iyun 2027
Millətlər Liqasının 2026/27 mövsümü həm də EURO-2028-in seçmə mərhələsinin bir hissəsi olacaq. Turnirdə uğurlu çıxış edən komandalar əsas seçmə mərhələdə məqsədlərinə çatmasalar belə, Millətlər Liqası reytinqi vasitəsilə Avropa çempionatına vəsiqə qazanmaq üçün pley-offda oynamaq şansı qazanacaqlar.Yeri gəlmişkən, millimizin D liqasında mübarizə aparması onun turnir cədvəlində irəliləməsi və EURO-2028-2028 pley-offuna vəsiqə qazanmaq şansını artırmaq üçün bir fürsət ola bilər.