Rəşad Sadıqov kadr problemlərindən gileyləndi

20.12.25 | 22:08
Ölkə futbolu

Premyer Liqanın növbəti turu çərçivəsində keçirilən “Zirə” – “İmişli” matçı qolsuz bərabərliklə başa çatıb. Oyundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransında qarşılaşmanı şərh ediblər.

Meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov heyətdəki ciddi itkiləri önə çəkərək, vacib xallar itirdiklərini bildirib:

“Oyun gözlədiyimiz ssenari üzrə keçdi. Rəqib sıx müdafiə olunurdu, biz isə bu səddi yarmağa çalışırdıq. İlk hissədə nəzarət bizdə olsa da, vurduğumuz qol hesaba alınmadı. İkinci hissədə daha dinamik oynadıq, vəziyyətlər yaratdıq, lakin son nöqtəni qoya bilmədik.”

Sadıqov hücum xəttindəki kadr probleminin nəticəyə birbaşa təsir etdiyini vurğulayıb: “Son oyunlarda hücumda çətinlik çəkirik. Əsas hücumçumuz yoxdur və itkilərimiz çoxdur. Ümid edirəm ki, qış fasiləsindən sonra bu kadr problemlərini geridə qoyacağıq”.

“İmişli”nin baş məşqçisi Xose Mariya Kaskilya isə rəqibin gücünü etiraf etsə də, komandasının müdafiə performansından razı qaldığını deyib: “Rəqibin fərdi ustalıq və fiziki baxımdan bizdən üstün olduğunu bilirdik. Lakin taktiki cəhətdən oyuna çox yaxşı hazırlaşmışdıq. Standart vəziyyətlər istisna olmaqla, ‘Zirə’yə qapımız qarşısında ciddi imkan vermədik. Komandam yorğun idi. Bizim cəmi 4 gün, rəqibin isə 6 gün dincəlmək şansı var idi. Bu çətinliklərə rəğmən, səfərdən 1 xalla dönürük.”

Paylaş:

Xəbər Lenti

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00