Yeniyetmə boksçular 4 medal qazandı

18.12.25 | 16:45
Digər növlər

Almaniyanın Kienbaum şəhərində yeniyetmə boksçular arasında keçirilən U-17 Avropa çempionatında millimiz uğurla çıxış edib. 29 ölkədən 382 idmançının qatıldığı mötəbər turnirdə boksçularımız ümumilikdə 4 medal qazanaraq ölkəmizi layiqincə təmsil ediblər.

Ölkəmizin yeniyetmə dəri əlcək ustaları final mərhələsində yüksək əzmkarlıq nümayiş etdiriblər. Xüsusilə MDB Oyunlarında qazandıqları uğuru bu turnirdə də davam etdirən iki idmançımız Avropa çempionu adını qazanıb.

 Turnirin favoritlərindən sayılan Gülər Hüseynova (48 kq) finalda Türkiyə təmsilçisi Asmin Cabasla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə parlaq qələbə qazanaraq qızıl medala sahib olub.

Komanda yoldaşının uğurunu təkrarlayan Qardaş Rəhimov (46 kq) rumıniyalı Birham-Pasa İuseim ilə gərgin mübarizə aparıb. Görüşün sonunda hakimlərin qərarı ilə 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesablı qələbə qazanan boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millimizin digər iki üzvü – Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) də finala qədər inamla irəliləyiblər. Həlledici görüşlərdə məğlub olan boksçularımız çempionatı gümüş medalla başa vuraraq aktivimizə növbəti xalları yazdırıblar.

Yeri gəlmişkən, bu nəticə ilə boksçularımız Avropanın ən güclü komandaları sırasında yer aldıqlarını bir daha sübut ediblər. Qazanılan 2 qızıl və 2 gümüş medal ölkəmizdə gənc boksçuların inkişafının bariz nümunəsidir.

Paylaş:

Xəbər Lenti

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55