Bu gün “Sabah” Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. B qrupunda yer alan Rimas Kurtinaitisin yetirmələri səfərdə Almaniyanın “Alba” klubu ilə qarşılaşacaq. Komandamızın mübarizəni davam etdirməsi üçün almanları məğlub etməsi, paralel keçiriləcək matçda Çexiyanın “Nimburk” klubunun səfərdə Fransanın “Şalon Son” komandasına uduzması lazımdır. Berlinin “Uber Arena” kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1. Alba 5 4 1 443:401 9
1. Şalon Saone 5 4 1 442:429 9
3. Nimburk 5 1 4 428:449 6
4. Sabah 5 1 4 404:438 6