Kamerun millisi Afrika Millətlər kuboku (AMK) üçün iki fərqli heyət açıqlayıb: biri yığmanın keçmiş məşqçisi, digəri isə federasiya prezidenti Samuel Eto’onun komandasıdır. Əfsanəvi kamerunlu bu yaxınlarda Mark Braysı işdən çıxarsa da, belçikalı 2026-cı ilə ölkənin idman nazirliyi tərəfindən təyin olunduğunu əsas gətirərək istefa verməkdən imtina edib. Buna baxmayaraq, Eto’o artıq komandanı dekabrın 21-də AMK-ya aparacağı gözlənilən yeni məşqçini adını açıqlayıb, bu 56 yaşlı yerli mütəxəssis David Paqudur.
Kamerun millisi ilə bağlı digər maraqlı məqam Eto’onun cari mövsümdə Braziliyanın regional liqalarının birində oynayan və hazırda komandasız qalan Arnaud Mel Kamdamın adını AMK-ya yollanacaq heyətə daxil etməsidir. Üstəlik, yerli federasiyasının prezidenti Eto’o “Neftçi”nin forfardı Vinsent Abubakarı yığmadan kənarlaşdırıb. Deyilənə görə, Eto’o bu addımı “ağ-qaralar”ın hücumçusunu ona məxsus olan millidə ən çox qol vuran oyunçu rekordunu qırmasının qarşısını almaq üçün atıb.