Kişi və qadın voleybol millilərmizin Avroliqa-2026-nın qrup mərhələsindəki rəqibləri bəlli olub. Qrupların tərkibi komandaların reytinq cədvəlində tutduqları yerə əsasən müəyyənləşdirilib. Püşk hazırda reytinq cədvəlində 27-ci yerdə qərarlaşan qadın yığmamıza İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrəni rəqib seçib. Reytinq cədvəlində 38-ci yerdə olan kişi voleybolçularmız isə qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstanla qarşılaşacaq.
27 kişi və 24 qadın yığmasının qatıldığı Avroliqa-2026-nın qrup oyunları iyunun 5-21 aralığında keçiriləcək. Qeyd edək ki, turnir cədvəlində ilk 6 yeri tutan (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Sonda 1-4-cü yerləri tutan komandalar AÇ-2028-in final turnidə iştirak hüququ əldə edəcəklər.
2018-ci ildən Avropa Qızıl Liqası və Avropa Gümüş Liqası formatları altında keçirilən yarış bundan sonra Avroliqa adını daşiyacaq. Turnir Avropa Çempionatına seçmə mərhələ kimi xidmət edir və reytinq xalları qazandırır.