Dubayda kişi boksçular arasında Dünya Çempionatının 6 idmançımız rinqə çıxıb. Onların hər biri döyüşü qələbə ilə başa vuraraq 1/4 finala vəsiqə qazanıblar.
Dünən keçirilən görüşlərdə Sübhan Mamedov (48 kq) Mehron Şafiyevi (Tacikistan), Məhəmmədəli Aşurəliyev (60 kq) Artuş Qomstyanı (Gürcüstan),
Zaur Qəhrəmanov (67 kq) Tomas İan Kazazzanı (Argentina), Seyidcəmşid Cəfərov (75 kq) Əmir Abbası (Qətər), Alfonso Dominqes (92 kq) Mattias Veronanı (Argentina) və Maqomed Abdullayev (+92 kq) Mvogo Zakarini (Kamerun) məğlub edib.
Xatırladaq ki, dünya çempionu 300 000, gümüş mükafatçı 150 000, bürünc medalın sahibi 75 000, 5-ci yeri tutan 10 000 dollar qazanacaq.