“Real” rəsmilərinin Kataloniya klubu ilə bağlı tez-tez verdikləri şərhlərə münasibət bildirən “Barselona”nın prezidenti Joan Laporta qarşı tərəfin “barselonit” xəstəliyinə yoluxduqlarını deyib. O, “El Chiringuito”ya müsahibəsində belə deyib: “Mən başqa komandaları müzakirə etməyi xoşlamıram. Ancaq kimsə “Barselona”dan, xüsusən də “Real”lılar danışanda cavab verməyə məcbur oluram. Çünki onların dedikləri doğru deyil. Bu, onların “Barselona” xəstəsi olmalarının əlamətidir. Biz görüşlərdə olanda “Real”dan yox, özümüz haqqında danişırıq. Biz klubun mövqeyini, performansını, azarkeşlərin əhval-ruhiyyəsini müzakirə edirik. Buna görə belə ifadələri səhv hesab edirəm və cavab verməyə məcburam”.
Əvvəllər “Real” rəhbəliyinin Xose Mariya Enrikes Neqreyranın İspaniya Futbol Federasiyasının hakimlər komitəsinin vitse-prezidenti vəzifəsində çalışdığı dönəmdə “Barselona” ilə referilər arasında mümkün əlaqələrin olması barədə hesabat hazırladıqları bildirilirdi.