Sabah Bakı vaxtıyla saat 21:00-da Vaşinqtonda gələn il ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın püşkü atılacaq. Mundial tarixində ilk dəfə final mərhələsində 48 komanda iştirak edəcək. Hazırda 42 vəsiqənin sahibi bəllidir. Qalan 6 yığmanın adı isə martda keşiriləcək pley-off oyunlarından sonra məlum olacaq. Türkiyə millisi pley-off yarımfinalında Rumıniya ilə qarşılaşacaq. Qalib gəlcəyi təqdirdə, mundiala vəsiqə qazanmaq üçün finalda Slovakiya – Kosovo cütünün qalibi ilə oynayacaq.
DÇ oyunları üçün artıq 2 milyon bilet satılıb və matçların başlanma saat püşkün ertəsi günü açıqlanacaq.
Futbol dünyasının bütün nəhəngləri, pley-offa qalan İtaliya istisna olunmaqla demək olar ki, hamsı mundial iştirakçıları arasında olacaq. Türkiyə mudiala yüksələrsə, 4-cü səbətdə yer alacaq.
DÇ-yə vəsiqə qazanan yığmalar hərəsində 12 komanda olmaqla dörd səbətə bölünüb.
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot d’İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika
4-cü səbət: İordaniya, Kabo Verde, Qana, Kürasaro, Haiti, Yeni Zelandiya, UEFA pley-offun A yolunun qalibi, UEFA pley-offun B yolunun qalibi, UEFA pley-offun C yolunun qalibi, UEFA pley-offun D yolunun qalibi, qitələrarası pley-offun 1-ci matçının qalibi, qitələrarası pley-offun 2-ci matçının qalibi
Məhdudiyyətlərə gəlincə, qrupda konfederasiya təmsilşisi bir yıömadan çox olmayacaq. UEFA zonasından iştirakçı sayının 16-ı olduğundan bir qrupda “Köhnə dünyanın” maksimum iki komandası yer alacaq.