Kişi və qadın komandalarmız dekabrın 25-dən 31-dək Qətərin paytaxtı Dohada keçiriləcək sürətli və blits şahmatı üzrə dünya çempionatında iştirak edəcək. Ölkəmizi turnirdə 14 şahmatçı təmsil edəcək.
Kişilərin komandasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı yer alıb.
Qadınların komandasında isə ölkəmizin şərəfini Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva, Zeynəb Məmmədyarov və Türkan Məmmədyarov qoruyacaq. Qeyd edək ki, mundialın ümumi mükafat fondu 1 mln. dollardır.