İspaniyanın Linares şəhərində qadınların şahmat üzrə dünya kubokunda yığmamız daha iki oyun keçirib. Turnirin ikinci günündə millimiz (Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva) ABŞ-a uduzub (0,5-3,5). Beydullayeva heç-heçə edib, Balacayeva, Məmmədova və Allahverdiyeva isə məğlub olub.
Millimiz daha sonra 4-cü turun oyununda FİDE komandası ilə qarşılaşıb və 1-3 hesabı ilə yenilib. Fətəliyeva və Beydullayeva heç-heçə edib, Balacayeva və Allahverdiyeva isə məğlub olub.
Xatırladaq ki, bundan əvvəl komandamız Peru (3-1) və Qazaxıstan (1,5-2,5) ilə qarşılaşıb.
Sonda onu da deyək ki, A qrupunda yer alan şahmatçılarmız son turda İspaniya ilə görüşəcək.