Bu gün qadın basketbol yığmamız AÇ-2027-nin seçmə mərhələsidə ikinci oynunu keçirib. Bakı İdman Sarayında Monteneqro ilə qarşılaşan qadınlarmız rəqibə müqavimət belə göstərə bilməyib və ilk oyunda olduğu kimi yenə böyük fərqlə uduzub – 62:104 (18:36, 16:25, 9:28, 19:15).
Xatırladım ki, E qrupunun cıxış edən basketbolçularımız start oyununda Bolqarıstana (48:141) məğlub olmuşdu. Qrupun digər qarşılaşmasında isə Monteneqro evdə Ukraynaya (65:71) uduzmuşdu. Komandamız noyabrın 18-də Ukrayna ilə qarşılaşacaq. Qrupun qalan üç oyunu gələn ilin martında keçiriləcək.
Final mərhələsinə vəsiqəni qrupda ilk iki yeri tutan və üçüncülər arasında ən yaxşı nəticə göstərən 3 komanda qazanacaq. Onuda qeyd edək kı, AÇ-2027-nin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.