Bu gün DÇ-2026-nın seçmə turniri çərçivəsində Avropa zonasında 10 oyun keçiriləcək. Türkiyə yığması evdə Bolqarıstanla qarşılacaq. Qrupun digər oyununda Gürcüstanla İspaniya üz-üzə gələcək. Bu qrupun qalibi ispanların olacağı, ikinci yeri isə “ay-ulduz”luları tutacağı şübhə doğurmur. Günün ən prinsipial oyunu Bosniya və Herseqovinanın Rumıniya ilə qarşılaşması olacaq. Hər iki yığma mundiala vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. Yeri gəlmişkən, lider Avstriya səfərdə Cənubi Kiprə uduzsa qrupda vəziyyət tam dəyişə biər. Sloveniyalılar isə mundiala düşmək şansını saxlamaq üçün hazirda 4xal geri qaldıqları Kosovunu mütləq yenməlidir.
18:00 Qazaxıstan – Belçika
21:00 Gürcüstan – İspaniya
21:00 Kipr – Avstriya
21:00 Lixtenşteyn – Uels
21:00 Türkiyə – Bolqarıstan – CBC Sport, TV8
23:45 Bosniya və Her. – Rumıniya – CBC Sport
23:45 Yunanıstan – Şotlandiya
23:45 Danimarka – Belarus
23:45 Sloveniya – Kosovo
23:45 İsveçrə – İsveç