Barselona”nın prezidenti Joan Laporta “Barselona”nın keçmiş hücumçusu Lionel Messinin təmir olunmuş “Kamp Nou”u stadionunda heykəlinin ucaldılmasına layiq olduğunu deyib.
Jurnalist Fabrizio Romano Laportanın sosial media səhifəsi X-də dediyi sözləri sitat gətirib.
Messi 2000-ci ildən 2021-ci ilə qədər Kataloniya klubunda oynayıb. Argentinalı futbolçu “Barsa”da forma geyidiyi 778 matçda 672 qol vurub. O “barselona”nın bütün zamanların ən çox qol vuran oyunçusudur.