Kenan Yıldızla “Yuve”nin 1 milyon davası

13.11.25 | 13:33
Dünya futbolu

“Yuventus”un Kənan Yıldızla yeni müqavilə üçün apardığı danışıqlar dalana dirənib. Tərəflər müqavilənin şərtləri barədə razılığa gələ bilməyiblər. “Yuve” bossları ulduz futbolçunun əmək haqqını artırmaq və onunla anlaşmanı 2030-cu ilə qədər uzatmaq istəyirlər. Əsas məsələ müqavilənin rəqəmləri və detallarıdır. Yıldız statusunun komanda liderləri ilə müqayisə edilən, daha dəqiq illik qazancının “Qoca Sinyora”nın digər aparıcı oyunçuları ilə müqayisədə az olmamasını istəyir. İlinə 12 milyon avro maaş alan Duşan Vlahoviç istisna olsa da, Conatan Devidin əmək haqqı (6 milyon avro) Kənan üçün etalondur. Oyunçunun tələb etdiyi məbləğlə klubu təklifi etdiyi rəqəm arasındakı fərq təxminən bir milyon avrodur. Bu kritik rəqəm olmasa da, hazırda müqavilənin imzalanmasına mane olur.

Avropa nəhəngləri Kənanla bağlı vəziyyəti diqqətlə izləyir. Artıq “Çelsi” türk futbolçunu sıralarına qoşmaq üçün 67 milyon avro təklif edib. Ancaq qarşı tərəfdə rədd cavabı alıb. “Yuventus” Kənanla müqaviləni uzada bilməsə, yayda ona elçi düşənlərin sayı artacaq. Şübhəsiz ki, “Real” və “Arsenal” əslən Regensburqdan olan Yıldızı transfer etmək üçün dərhal  mübarizəyə qoşulacaqlar. Danışıqlarda yaranan fasiləyə baxmayaraq, “Yuventus”un baş direktoru Damyen Komolli onunla anlaşacaqlarına ümid edir. “Ferrari”nin kralı Con Elkannın şəxsi müdaxiləsi bu məsələnin yoluna qoyulmasında həlledici ola bilər. O, Yıldızı yüksək qiymətləndirir və onu gələcəyin “Yuventus”unun qurulmasında təməl kimi görür.

Xatırladaq ki, Yıldız “Yuve” ilə 2024-cü ilin avqust 16-da də imzalanan və 2029-cu ilin iyununa qədər qüvvədə olan müqaviləsinə əsasən, ilinə 1,7 milyon qazanır və komandada yüksək maaş alan oyunçuların siyahısında 19-cu yerdədir. 

Paylaş:

Xəbər Lenti

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00