Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına start verilib.
İlk olaraq qadınlardan ibarət voleybol millimiz iranlılarla qarşılaşıb. Görüş yığmamızın 3:0 (25:11, 25:16, 26:24) hesablı qələbəsi ilə başa çatıb. Növbəti turda voleybolçularmız noyabrın 6-da Tacikistanla görüşəcək.
Bu gün, futzal millimizdə ilk oyununu keçirəcək. A qrupunda yer alan yığmamız Liviya liə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
VI İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi noyabrın 7-də keçiriləcək və yarışına noyabrın 21-də yekun vurulacaq.