Son turda “Neftçi”nin “Kəpəz”lə oyunu paytaxt klubunun böyük hesablı qələbəsiylə yanaşı, “ağ-qaralar”in müdafiəçisi Elvin Bədəlov yubiley oyunu ilə yadda qalıb. Belə ki, bu qarşılaşma 30 yaşlı futbolçunun Premyer Liqa karyerasında 200-cü oyun olub. 2013/14 mövsümündə “Neftçi”nin heyətində debütü edən Elvin paytaxt klubunda 51 (1 qol), “Sumqayıt”da 149 (2 qol) oyunda meydana çıxıb.
Yeri gəlmişkən, o, cari mövsümdə iki yüzü arxada qoyan ikinci futbolçudur. Əvvəl isə “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç bu göstəriciyə nail ola bilmişdir. Hazırda xorvat futbolçunun hesabında 210 oyun var.