Oktyabrın 10-da Azərbaycan millisini Parisdə qəbul edəcək Fransa yığması məşqləri davam etdirir. Millimizlə oyuna fransızlar ciddi itki ilə çıxa bilər. “Üçrənglilər”in əsas oyunçusu Kilian Mbappe komanda məşqçində görünməyib. Buna səbəb onun İspaniya çempionatının son turunda zədələnməsi olub. Fransa mətbuatının yazdığına görə, Mbappe hazırda topuq bağlarının dartılmasından əziyyət çəkir və həkimlər onu sıraya qaytarmağa çalışır. Yüngül məşqlərlə kifayətlənən 26 yaşlı ulduz ola bilsin ki, millimizlə oyunda Fransa yığmasının start heyətində çıxmasın