Azərbaycan I Liqasında 8-ci turun oyunları başa çatıb. Turun son günündə daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Şahdağ-Qusar” və “Gəncəbəsər” qolsuz heç-heçə edib. Digər görüşdə isə “Şimal” “Zaqatala”nı 4:1 hesabı ilə məğlub edib.
Turun əvvəlki oyunlarında “Səbail” MOİK-lə qolsuz heç-heçə edib, “Mingəçevir” “Baku Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib. “Xankəndi” isə “Karvan-Yevlax”a 0:2 hesabı ilə uduzub.
8-ci turun nəticələri:
“Şahdağ-Qusar” – “Gəncəbəsər” 0:0
“Şimal” – “Zaqatala” 4:1
“Səbail” – MOİK 0:0
“Mingəçevir” – “Baku Sportinq” 1:0
“Xankəndi” – “Karvan-Yevlax” 0:2
| № | Klublar | O | Q | H | M | T | X |
| 1 | Şahdağ Qusar | 8 | 6 | 1 | 1 | 17:2 | 19 |
| 2 | Gəncəbasar | 8 | 5 | 2 | 1 | 19:6 | 17 |
| 3 | Karvan-Yevlax | 8 | 5 | 1 | 2 | 16:8 | 16 |
| 4 | MOİK | 8 | 4 | 3 | 1 | 13:5 | 15 |
| 5 | Səbail | 8 | 3 | 4 | 1 | 10:7 | 13 |
| 6 | Şimal | 8 | 3 | 2 | 3 | 18:16 | 11 |
| 7 | Mingəçevir | 8 | 2 | 1 | 5 | 6:17 | 7 |
| 8 | Xankəndi | 8 | 1 | 3 | 4 | 5:10 | 6 |
| 9 | Zaqatala | 8 | 1 | 2 | 5 | 8:26 | 5 |
| 10 | Baku Sportinq | 8 | 0 | 1 | 7 | 4:19 | 1 |