Rumıniya Federasiyası Haciyə güvənir

18.11.26 | 23:55
Dünya futbolu

Rumıniya Futbol Federasiyası millinin baş məşqçisi Georqe Haci ilə yollarını ayırmaq niyyətində deyil. Komandanın Millətlər Liqasındakı uğursuz çıxışına baxmayaraq, federasiya rəhbərliyi mütəxəssisə dəstəyini davam etdirir.

Rumıniyanın Bosniya və Herseqovinaya səfərdə 1:2 hesabı ilə məğlubiyyətindən sonra yerli “Fanatik” nəşri federasiyanın mövqeyini açıqlayıb. Məlumata görə, prezident Razvan Burleanu baş məşqçi dəyişikliyini gündəminə daxil etməyib.

“Hacinin layihəsinə tam dəstək verilir”, – deyə nəşr federasiyadakı mənbələrinə istinadən yazıb.

Müqaviləyə xitam verilməsi ehtimalı da azdır. Bunun üçün təşəbbüs Hacinin özündən gəlməlidir. Lakin mütəxəssis istefa vermək niyyətində olmadığını bildirib.

Aprelin 20-də millinin sükanı arxasına keçən Haci 2030-cu ilədək müqavilə imzalayıb. Rumıniya mətbuatının məlumatına görə, onun aylıq məvacibi 25 min avro təşkil edir.

Hacinin rəhbərliyi altında Rumıniya yığması Millətlər Liqasının B Liqasının 4-cü qrupunda 6 oyundan 5-də uduzaraq sonuncu yeri tutub. Komanda B Liqasındakı yerini qorumaq üçün gələn il martın 25-də və 30-da pley-off oyunlarına çıxacaq. Püşkatma noyabrın 20-də keçiriləcək. İlk matçda rumınlar meydan sahibi olacaq.

Bosniya və Herseqovinaya məğlubiyyəti şərh edən Haci komandasının daha yaxşı nəticəyə layiq olduğunu bildirib: “Təəssüf ki, uduzduq, amma daha yaxşı nəticə qazana bilərdik. İlk hissədəki intensivliyi bütün oyun boyu qorumalı, səfər matçlarında daha yaxşı oynamağı öyrənməliyik”.

Mütəxəssis pley-offla bağlı mövqeyini isə qısa ifadə edib: “Qalib gəlməliyik. Bu, mütləqdir”.

Xatırladaq ki, Zenitsadakı qarşılaşma azarkeşlərin irqçi şüarları səbəbindən də yadda qalıb. Hakim oyunu müvəqqəti dayandırıb, Bosniya və Herseqovina millisinin baş məşqçisi Sergey Barbarez isə matçdan sonra baş verənlərə görə üzr istəyib.

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43