İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialesə qoyulan 3 illik qadağa başa çatıb. FIFA prosesdə iştirak edən tərəflərə cəza müddətinin tam tamamlandığını və onun futbola qayıtmasına rəsmi maneə qalmadığını bildirib.
Xatırladaq ki, Rubiales 2023-cü il qadınlar arasında keçirilən dünya çempionatının mükafatlandırma mərasimində futbolçu Cenni Ermosonu icazəsiz öpdüyünə görə qalmaqallı şəkildə gündəmə gəlmişdi. Hadisədən sonra artan təzyiqlər fonunda o, həm İspaniya Federasiyasının rəhbəri, həm də UEFA-nın vitse-prezidenti vəzifəsindən istefa verməyə məcbur olmuş, ardından FIFA tərəfindən 3 illik futbol fəaliyyətindən uzaqlaşdırılmışdı.
Sanksiya müddəti bitsə də, böyük nüfuz xələli alan Rubialesin futbolda yenidən hansısa vəzifə tutacağı və ya seçkilərə qatılacağı hələlik dəqiq deyil.
Throwback to when Spanish football president Luis Rubiales kissed Hermoso on the lips😭😂.
— 𝔭𝔞𝔭𝔦𝔠𝔥𝔲𝔩𝔬! (@UtdChulo) January 20, 2025
Bro was criticised to the extent of resignation. Do you think that's fair? pic.twitter.com/gwy0p1dt3M