“Liverpul”dan rekorda imza: Bredli Barkola 123 milyon funta “Enfild”də!

01.09.26 | 02:33
Dünya futbolu

“Liverpul” Fransa Liqa 1 tarixi üçün rekord hesab olunan transferi rəsmiləşdirib. Mersisayd təmsilçisi PSJ-nin vingeri Bredli Barkolanı 123 milyon funt-sterlinq (166 milyon dollar) qarşılığında heyətinə qatdığını rəsmən elan edib. Tibbi müayinədən uğurla keçən 23 yaşlı fransalı hücumçu bazar ertəsi günü yeni klubu ilə rəsmi müqaviləyə imza atıb.

Bu addımla “Liverpul” yay transfer pəncərəsindəki əsas hədəfinə çatmış oldu. Rəhbərlik aylarla davam edən danışıqlardan sonra Fransanın heyətində Dünya Çempionatının yarımfinal həyəcanını yaşayan gənc ulduzu heyətinə cəlb edə bildi. PSJ-də keçirdiyi üç mövsümdə 152 matçda meydana çıxan, 39 qol və 35 məhsuldar ötürmə ilə yadda qalan Barkola, Paris klubu ilə ardıcıl iki dəfə çempionluq sevinci yaşayıb.

“Enfild” təmsilçisinin rəsmi saytına açıqlama verən yeni transfer məmnunluğunu gizlətməyib: “Danışıqlar kifayət qədər uzun sürdü, lakin prosesin uğurla yekunlaşmasına çox şadam. ‘Liverpul’ formasında ilk oyunuma çıxacağım anı səbirsizliklə gözləyirəm. Əsas məqsədim komandaya və kluba maksimum fayda verməkdir”.

Müqavilənin şərtlərinə əsasən, mersisaydlılar fransalı futbolçu üçün dərhal 106 milyon funt (143 milyon dollar) ödəyəcək, qalan 17 milyon funt (23 milyon dollar) isə müxtəlif bonuslar şəklində köçürüləcək. Gözlənilir ki, Barkola ötən yay müvafiq olaraq 125 milyon funta (170 milyon dollar) alınan isveçli Aleksander İsak və 116 milyon funta (156 milyon dollar) heyətə qatılan almaniyalı Florian Virts ilə birlikdə komandanın yeni hücum triosunu formalaşdıracaq.

Xatırladaq ki, Bredli Barkola 2023-cü ildə “Lion”dan PSJ-yə 45 milyon avro (38.5 milyon dollar) qarşılığında keçmişdi.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19