FİDE sentyabr reytinqini açıqladı: Məmmədyarov mövqeyini qorudu, Muradlıdan böyük sıçrayış

31.08.26 | 19:28
Digər növlər

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün yenilənmiş dünya reytinq cədvəlini açıqlayıb. Şahmatçılarmızdan ən yüksək göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. Təcrübəli qrossmeysterimiz 2720 xalla dünya reytinqinin 22-ci pilləsindəki mövqeyini dəyişməz saxlayıb.

Milli komandamızın digər təmsilçilərindən Teymur Rəcəbov 2689 xalla 38-ci sıradakı yerini qoruyub. Aydın Süleymanlı 2 mövqe geriləyərək 49-cu pilləyə düşdüyü halda (2664 xal), Məhəmməd Muradlı 34 pilləlik yüksək sıçrayışla 64-cü sıraya yüksəlib (2653 xal). Rauf Məmmədov isə 8 mövqe itirərək 91-ci pilləyə geriləyib (2639 xal). Kişilərin sıralamasında dünya reytinqinə 2823 xalla norveçli Maqnus Karlsen rəhbərlik etməkdə davam edir. ABŞ təmsilçiləri Hikaru Nakamura (2792 xal) ikinci, Fabiano Karuana (2789 xal) isə üçüncü sırada yer alıblar.

Qadın şahmatçılarımızın göstəricilərinə gəlincə, ölkə çempionu Ülviyyə Fətəliyeva (2402 xal) 18 pillə geriləyərək 43-cü sıraya enib. Gövhər Bəydullayeva (2392 xal) 53-cü pillədəki yerini qoruduğu halda, Xanım Balacayeva (2356 xal) 82-ci sırada qərarlaşıb. Günay Məmmədzadə isə 1 mövqe geriləyərək 90-cı pilləyə düşüb (2351 xal). Qadınların reytinq cədvəlinin ilk 3 pilləsində isə Çin təmsilçiləri qərarlaşıblar: Hou Yifan (2596 xal) birinci, Tszüy Vençzyun (2553 xal) ikinci, Ley Tintszye (2552 xal) isə üçüncü sıradadır.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19