«Trabzonspor» Fatih Təkkenin istefasını qəbul etmədi: Salah məsələyə müdaxilə etdi

28.08.26 | 19:50
Dünya futbolu

UEFA Avropa Liqasının təsnifatında Macarıstan «Ferencvaroş»una gözlənilmədən 0:4 (iki oyunun nəticəsinə görə 0:5) hesabı ilə məğlub olaraq turnirlə vidalaşan «Trabzonspor»da baş məşqçi böhranı yaşanıb. Böyük hesablı yenilgidən sonra komandanın baş məşqçisi Fatih Təkke postundan istefa versə də, klub rəhbərliyi onun gedişinə icazə verməyib.

2025-ci ilin martında komandanın sükanı arxasına keçən və ardınca Türkiyə Kubokunu qazanan mütəxəssisin heyətinə bu yay dünya futbolunun superulduzu Məhəmməd Salah qatılmışdı. Lakin avrokuboklardakı uğursuzluq Təkke üçün bardağı daşıran son damla olub.

«Trabzonspor» rəhbərliyi rəsmi «X» (Tvitter) hesabında yaydığı bəyanatda mütəxəssisi postunda saxladıqlarını elan edib: “Ferentcvaroş”a məğlubiyyətin yaratdığı emosional gərginlik fonunda Fatih Təkke istefa qərarı alsa da, klubumuz bu istefanı qəbul etməyib. O, baş məşqçi vəzifəsini icra etməyə davam edəcək və komandamızı Superliqanın növbəti turunda “Amedspor”la keçiriləcək matça çıxaracaq».

Məsələyə komandanın yeni transferi Məhəmməd Salah da biganə qalmayıb. Misirli hücumçu öz «X» hesabında azarkeşlərə müraciət edərək komandada qaldığını və mübarizəni davam etdirəcəyini vurğulayıb: «Karyeramda heç nə mənə asanlıqla başa gəlməyib. Ağır gecələr və uduzmaq futbolun bir hissəsidir, mən həmin uğursuzluqları motivasiyaya və titullara çevirməyi öyrənmişəm. “Trabzonspor” mənim klubumdur və mən bütün qəlbimlə bu layihənin bir hissəsiyəm. Dünən gecə baş verənlər bu reallığı dəyişmir». Hazırda Türkiyə Superliqasında 4-cü pillədə qərarlaşan «Trabzonspor» avqustun 31-də, bazar ertəsi günü səfərdə «Amedspor»un qonağı olacaq.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19