Türkiyə millisinin hücumçusunun evi soyuldu

10.08.26 | 01:22
Dünya futbolu

“Portu”nun 22 yaşlı türkiyəli hücumçusu Deniz Gül komanda ilə növbəti matça hazırlaşarkən xoşagəlməz hadisə ilə üzləşib. Futbolçunun evdə olmadığı vaxtda mənzilinə oğru girib.

CNN nəşrinin yaydığı məlumata görə, hücumçu bazar günü səhər saatlarında komandanın məşq bazasında olarkən sevgilisindən gözlənilməz xəbər alıb. Evdə heç kimin olmamasından istifadə edən naməlum şəxs və ya şəxslər mənzilə girərək talançılıq ediblər.

Hadisə Kanidelo rayonunda yerləşən mənzildə baş verib. Cütlük evdən ümumilikdə 250 000 avro dəyərində qızıl-ziynət əşyalarının və dəbdəbəli qol saatlarının oğurlandığını bildirib.

Məlumata görə, Gül və sevgilisi qiymətli əşyalarını sonuncu dəfə cümə günü gördükləri üçün soyğunçuluğun həftəsonu baş verdiyi ehtimal olunur. Hadisə yerinə gələn polis əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini nəzərdən keçirir və cinayətin dəqiq vaxtını müəyyənləşdirməyə çalışırlar. Şübhəli şəxsin axtarışları davam edir.

Bu, “Portu” futbolçularının ilk dəfə qarşılaşdığı soyğunçuluq hadisəsi deyil. Cari ilin mayında komandanın polşalı müdafiəçisi Yan Bednarek də oxşar hücuma məruz qalmış, hətta soyğunçu ona və ailəsinə bıçaqla hədə-qorxu gəlmişdi.

Stokholmda doğulub boya-başa çatan, lakin Türkiyə milli komandasının şərəfini qoruyan Deniz Gül “Hammarbü” klubunun yetirməsidir. 22 yaşlı hücumçu 2024-cü ildə Portuqaliya klubuna transfer olunub.

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43