Danimarkada gərgin gecə: «Sabah»ın mərhələ şansı Bakıdakı cavab matçına qaldı

06.08.26 | 00:47
Ölkə futbolu

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində «Orxus»la «Sabah» arasında keçirilən ilk oyun dramatik anlarla yadda qalıb. Randers şəhərində baş tutan gərgin qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşma gözlənilməz hadisə ilə başlayıb. Orxusdan Randersə gedən yolda baş verən yol-nəqliyyat qəzası səbəbindən yaranan tıxac komandaların stadiona vaxtında çatmasına mane olub. Nəticədə matçın start fiti planlaşdırılandan təxminən 40 dəqiqə gec səslənib.

 «Orxus» ev oyunlarını müvəqqəti olaraq Randersdəki «Sefeus Park» stadionunda keçirsə də, tribunaları dolduran 9000-ə yaxın azarkeş matçda möhtəşəm ab-hava yaradıb.

Oyunda hesabın açıldığı epizoda baxmayaraq, ilk dəqiqələrdə meydandakı mənzərə tam fərqli idi. «Sabah» oyuna fəal başlayaraq, rəqibə öz kombinasiyalı oyununu qurmağa imkan vermirdi. Valdas Dambrauskasın yetirmələri bir neçə təhlükəli hücum təşkil etdi. Xüsusilə 22-ci dəqiqədə təmsilçimiz hesabı açmağa çox yaxın olsa da, qapıçı Mads Hedenstad möhtəşəm seyvlə komandasını qoldan xilas etdi.

Meydan sahibləri üçün ilk hissədə daha bir xoşagəlməz hal baş məşqçi Yakub Poulsenin əsas müdafiəçilərindən olan Frederik Tinqaqerin yenidən zədələnərək (bundan əvvəlki «Lünqbyu» matçında da zədələnmişdi) matçın ilk yarım saatında meydanı tərk etməsi oldu.

Meydandakı tarazlığı pozan qolun müəllifi 18 yaşlı uqandalı hücumçu Ceyms Boqere oldu. Gənc forvard cərimə meydançasının kənarında qayıdan topu ilk toxunuşda dəqiq və baxımlı zərbə ilə qapının sol küncünə göndərərək hesabı açdı. Bu qoldan sonra oyunda gərginlik daha da artdı. Bunun nəticəsi kimi həm “Sabah”ın iki futbolçusu, həm də baş məşqçi Valdas Dambrauskas fasiləyədək sarı vərəqə ilə cəzalandırıldı.

İkinci hissənin əvvəlində oyun nisbətən sakit məcrada keçsə də, Boqere yenidən sözünü dedi. Uqandalı hücumçu 60-cı dəqiqədə topu bir daha qapının sol küncünə göndərərək həm dublunu rəsmiləşdirdi, həm də komandasının üstünlüyünü iki topa çatdırdı. O, vurduğu qolu meydan kənarında özünəməxsus rəqsi ilə qeyd etdi.

Lakin “bayquşlar” təslim olmadılar. Bundan cəmi bir neçə dəqiqə sonra “Sabah”ın qurduğu baxımlı kombinasiyalı hücum Velyko Simiçin dəqiq zərbəsi ilə yekunlaşdı. Serbiyalı yarımmüdafiəçi rəqib qapıçını çıxılmaz vəziyyətdə qoyaraq hesab arasındakı fərqi minimuma endirdi – 2:1.

Matçın son 15 dəqiqəsi əsl dramla yadda qaldı. Əvvəlcə Boqere təkbətək çıxaraq het-trik etmək şansını qaçırdı. O, zərbə vurmaq əvəzinə cərimə meydançasında bir neçə müdafiəçini aldatmağa çalışarkən fürsəti əldən verdi.

Əsas həyəcan isə son dəqiqələrdə yaşandı. «Sabah» standart vəziyyətdən sonra topu tora göndərərək hesabı bərabərləşdirsə də, VAR sisteminin yoxlanışından sonra hücum zamanı ofsayd qeydə alındı və qol ləğv edildi. Qonaqlar son saniyələrə qədər hücumları davam etdirsələr də, «Orxus» üstünlüyünü qoruyub saxlaya bildi.

Qış transfer pəncərəsində Uqandadan “Orxus” transfer olunan Ceyms Boqere bu görüşədək yeni komandasında cəmi bir dəfə fərqlənmişdi. Qarşılaşmanın qəhrəmanına çevrilən 18 yaşlı hücumçu oyundan sonra sevincini jurnalistlərlə bölüşüb: “Belə bir an yaşayacağımı heç xəyal etməzdim. Həm özüm, həm də komandam üçün çox xoşbəxtəm. Azarkeşlərimizin istər evdə, istərsə də səfərdə bizə verdiyi dəstək inanılmazdır”.

Səfərdə 2:1 hesabı ilə məğlub olmasına baxmayaraq, “Sabah” cavab oyunu öncəsi növbəti mərhələyə yüksəlmək şansını qoruyur. Tərəflər arasında həlledici qarşılaşma gələn həftənin çərşənbə axşamı Masazırda keçiriləcək.

«Orxus» (Danimarka) – «Sabah» (Azərbaycan) 2:1 (1:0)

Qollar: Ceyms Boqere, 32; 63 –  Velyko Simiç, 67

Baş hakim: Rade Obrenoviç (Sloveniya)

«Orxus»: Mads Kristiansen, Frederik Tinqaqer (Yakob Andersen, 29), Kolin Rosler (Kristian Stork, 81), Erik Kal, Yens Yonson (Rasmus Karstensen, 46), Maqnus Knudsen, Frederik Emmerü (Qift Links, 71), Mikael Anderson (Yanni Serra, 81), Kristian Arnstad (k), Tobias Bek, Ceyms Boqere.

«Sabah»: Stas Pokatilov (k), Stiv Solve, Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa, Ümərəli Rəhmonəliyev, Aleksey İsayev (Ksander Severina, 79), Kahim Perris (Orfe Mbina, 65), Velyko Simiç (Yunes Laşaab, 90+3), Coy-Lans Mikkels (Abdula Xaybulayev, 90+3).

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16