“Real”dən FİFA-ya sərt bəyanat: “Futbol satılan aktiv deyil!”

03.08.26 | 16:04
Dünya futbolu

“Real” FİFA-nın Klublararası Dünya Çempionatı və digər turnirlərin kommersiya hüquqlarını özəl investorlara satmaq planına kəskin tepki göstərib. “Kral klubu” rəsmi bəyanat yayaraq, beynəlxalq turnirlərin gəlirlərinin özəlləşdirilməsi ideyasına açıq şəkildə qarşı çıxıb. Klub, hüquqların mühafizəsində duran və bu təklifə vaxtında etiraz edən bütün tərəflərə təşəkkürünü bildirib.

Gərginliyə FİFA-nın gündəmə gətirdiyi, lakin futbol ictimaiyyətinin kəskin təzyiqindən sonra imtina etmək məcburiyyətində qaldığı “FIFA Forward Enterprise” konsepti səbəb olub. Planda Dünya Çempionatı və digər yarışların kommersiya aktivlərini idarə etmək üçün 20 milyard dollar dəyərində yeni şirkətin yaradılması nəzərdə tutulurdu.

FİFA bu layihə çərçivəsində səhmlərin 20%-ə qədərini kənar investorlara satmağı və təxminən 4.2 milyard dollar vəsait cəlb etməyi hədəfləyirdi. FİFA prezidenti Canni İnfantino 211 milli assosiasiyaya müraciət edərək sentyabrın 19-dək mövqelərini bildirməyi xahiş etmişdi. Hətta layihəni dəstəkləyən hər bir federasiyaya 40 milyon dollar ayrılacağı vəd olunmuşdu.

Təklif qısa müddətdə dünya futbolunda böyük böhrana yol açdı. UEFA-ya üzv olan 55 assosiasiyanın tamamı plan ləğv edilənədək FİFA turnirlərini boykot edəcəklərini bəyan etdi. Şimali və Mərkəzi Amerika (CONCACAF) layihəni kəskin tənqid etdiyi halda, Asiya Futbol Konfederasiyası (AFC) qərarların qəbulu mexanizminin dəyişdirilməsini tələb etdi. Birlikdə FİFA-nın 211 üzvündən 143-nü təmsil edən bu üç qitə konfederasiyasının birgə müqaviməti ali futbol qurumunu geri addım atmalı etdi.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19