“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib. Bölgə təmsilçisi Kot-d’İvuardan olan 19 yaşlı yarımmüdafiəçi Yvan Seninlə “2+1” illik müqavilə imzalayıb.
Mövqecə dayaq yarımmüdafiəçisi olan gənc oyunçu karyerası ərzində ölkəsinin “Abidjan Siti”, Portuqaliyanın “Sportinq” (U-19) və son olaraq Azərbaycanın “Şimal” klublarının şərəfini qoruyub.