İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18
Dünya futbolu

İspaniya millisi DÇ-2026-nın finalına vəsiqə qazandı. Luis de la Fuentenin komandası yarımfinalda rəqibinə heç bir şans vermədi. “Xoruzlar” mükəmməl təşkil olunmuş İspaniya müdafiəsini yara, Kilian Mbappe isə matçın sonunda əsəblərinə hakim ola bilmədi.

Oyunun ilk 15 dəqiqəsi kəşfiyyat xarakteri daşısa da, 20-ci dəqiqədə matçın ssenarisi dəyişdi. Lukas Dinin cərimə meydançasında Lamin Yamala qarşı qaydanı pozmasından sonra hakim penalti təyin etdi. Topa yaxınlaşan Mikel Oyarsabal qapıçı Mayk Menyanı məyus edərək hesabı açdı.

Qısa müddət sonra “üçrənglilər” müdafiədə ciddi itki ilə üzləşdi: zədələnən Uilyam Saliba meydanı tərk etdi və onu Maksens Lakrua əvəzlədi. İlk hissənin sonlarına yaxın İspaniya fərqi artırmağa, Mbappe isə hesabı bərabərləşdirməyə çalışsa da, qapıçılar ayıq-sayıq davrandılar.

İkinci hissəyə də İspaniya daha fəal başladı. 58-ci dəqiqədə Dani Olmonun mükəmməl və sürətli ötürməsindən sonra Pedro Porro fərqi ikiyə çatdırdı – 2:0. Bir neçə dəqiqə sonra Yamalın vurduğu qol isə ofsayd səbəbindən ləğv edildi.

Fransa oyuna qayıtmağa çalışsa da, hücumlar kəsərsiz idi. 82-ci dəqiqədə əvəzetmədən meydana daxil olan Dezire Due əlverişli imkanı əldən verərək boş qapıya yol tapa bilmədi.

Matçın sonlarında məyusluğunu gizlədə bilməyən Kilian Mbappe qapıçı Unai Simona qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalandırıldı. Əlavə olunmuş vaxtda rəqib qapısı qarşısında təzyiq yaratmağa çalışan fransızlar İspaniyanın intizamlı müdafiəsini yara bilmədilər.

Beləliklə, ispanlar üstünlüyünü qoruyaraq tam layiq olduğu DÇ-2026-nın finalına yüksəldi. Didye Deşamın komandası isə yalnız bürünc medal uğrunda mübarizə aparacaq. İspaniyanın həlledici matçdakı rəqibi İngiltərə və Argentina arasında keçiriləcək ikinci yarımfinal duelindən sonra məlum olacaq.

Dünya Kuboku, yarımfinal

Fransa – İspaniya 0:2

Dallas. “AT & T” stadionu

Hakim: İvan Barton (Salvador)

Fransa: Menyan, Kunde, Upamekano, Saliba (Lakrua, 30), Din (Hernandes, 72), Çuameni, Rabio (Kone, 46), Barkolya (Due, 57), Dembele, Olise (Şerki, 72), Mbappe.

İspaniya: Simon, Kukurelya, Laport, Porro (Loryente, 89), Kubarsi, Rodri, Fabian Ruis (Merino, 78), Yamal, Dani Olmo (Pedri, 78), Baena (N. Uilyams, 89), Oyarsabal (Ferran Torres, 74).

Qol: Oyarsabal, 22-p. (0:1). Porro, 58 (0:2).

Sarı vərəqələr: Rabio, 9. Kukurelya, 31. Mbappe, 88.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46