“Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranın Şotlandiyanın “Seltik” klubuna transferinin maliyyə detalları bəlli olub.
Qlazqo təmsilçisi 24 yaşlı forvardın keçidi üçün Ağdam klubuna təxminən 13 milyon manat ödəyəcək. Bu göstərici “Qarabağ”ın tarixində rekord satış kimi qeydə alınacaq.
Xatırladaq ki, bu vaxta qədər “köhlən atlar”ın ən baha satdığı futbolçu Kadi Borjes idi – Rusiya “Krasnodar”ı braziliyalı yarımmüdafiəçi üçün təxminən 10 milyon manat ödəmişdi.
Duranın artıq bu həftə Şotlandiyaya yollanaraq “Seltik”lə rəsmi müqavilə imzalaması gözlənilir.