Lionel Messi rekordları sıralaması artıq normal hala çevrilib. Dünya çempionatları tarixinin ən yaxşı bombardiri və mundialda het-trik edən ən yaşlı oyunçu ünvanlarını qazanan argentinalı dahi, bu gün daha bir tarixi uğura imza ata bilər.
Hazırda o, Jairzinho, Gerd Müller və Roberto Baggio kimi əfsanələrlə birlikdə DÇ-nin beş fərqli mərhələsində qol vuran elit qrupun üzvüdür. Lakin FİFA-nın tətbiq etdiyi yeni, genişləndirilmiş turnir formatı sayəsində Messi, Kabo Verde ilə oyunda fərqlənməklə mundiallarn altı fərqli mərhələsində qol vuran ilk futbolçu kimi tarixə düşəcək.
Təbii ki, bu, asan olmayacaq. Turnirin “nağılını” yazan Kabo Verde, qrup mərhələsinidə üç oyununda qapısında cəmi iki qol görüb; Səudiyyə Ərəbistanı və son Avropa çempionu İspaniya ilə matçlarda qapısını toxunulmaz saxlayıb. Vozinya və Piko Lopes kimi adlardan qurulmuş müdafiə səddini yarmaq Messi üçün ciddi sınaq olacaq.
Messinin DÇ-dəki ümumi göstəricisi heyranedicidir: 29 oyunda 19 qol. Lakin onun pley-off mərhələlərindəki performansı (12 oyunda 5 qol) və xüsusilə 1/8 finalda cəmi 1 qol vurması diqqət çəkir. Bu statistika növbəti mərhələlərdə rəqib ola biləcək Avstraliya və ya Misir üçün bir ümid işığı ola bilər.
Messinin bir çox rekordu kimi, bu nailiyyət də gələcəkdə Kilian Mbappe tərəfindən təhlükə altına alınacaq. Şimali Amerikadakı bu turnirin 1/16 finalında artıq dubl edən fransız ulduz, eyni uğuru təkrarlamaq üçün sadəcə 1/4 və yarımfinalda fərqlənməlidir.
Lakin bir neçə həftədən sonra “Nyu-York Nyu-Cersi” stadionunda baş tutacaq finalda kuboku başı üzərinə qaldırmadıqca, bu statistika yəqin ki, nə Messinin, nə də Mbappenin eyninə olacaq.
Messi dünya çempionatlarında
Qrup mərhələsi – 17/14*
1/8 final – 5/1
1/4 final – 3/1
1/2 final – 2/1
Final – 2/2
* – oyun/qol