Bu, haqqında uzun-uzadı yazılacaq oyunlardan deyil. İspaniya favorit adını doğrultdu və əvvəldən axıra qədər Avstriyadan bütün göstəricilərdə üstün oynayaraq haqlı qələbə qazandı. Hətta buraxılan qollar belə avstriyalıları silkələmədi və “Qırmızı furiya” çətinlik çəkmədən qələbə qazanarqq 1/8 finala vəsiqə qazandı. Hesab daha böyük ola bilərdi. Amma Avstriyanın qapıçısı və boş qapıdan Yamalın zərbəsini çıxaran Alaba buna imkan vermədi. Oyunboyu Avstriyanın bəlkə də cəmi bir qol vəziyyəti oldu. Matçda dubl edən və mundialda 4-cü qolunu vuran Oyarsabal isə ispanların bu çempionatdakı əsas simasına çevrilib.
Dünya Kuboku, 1/16 final
İspaniya – Avstriya 3:0
Los-Anceles. “Sou-Fay” stasionu.
Hakim: Qlenn Nüberq (İsveç).
İspaniya: Unai, Simon, Porro, Kukurelya, Kubarsi, Laport (Pubill, 90+3), Rodri, Pedri (Fabian Ruis, 90+3), Dani Olmo (Merino, 71), Yamal (Qavi, 85), Bayena (Ferran Torres, 71), Oyarsabal.
Avstriya: A. Şlager, Poş (Prass, 85), Danso, Alaba, Layner, Zayvald (Çukvuemeka, 46), K. Şlager (Qrilliç, 46), Şmid (Arnautoviç, 60), Vanner, Zabitser, Qriqoriç (Kalayciç, 60).
Qollar: Oyarsabal, 37; 89. Porro, 66.