Paytaxtın “Şəfa” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, 26 yaşlı rumıniyalı müdafiəçi Andrey Draqunu transfer edilib. Tərəflər arasında imzalanan müqavilənin müddəti 1+1 ildir (bir mövsümlük və daha bir il uzadılma şərti ilə).
Qeyd edək ki, arxa xətt oyunçusunun son çıxış etdiyi komanda ölkəsinin “Sloboziya” klubu olub.