Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən “Sabah”, bu gün ilk yoxlama oyununda qüvvəsini sınayacaq. Paytaxt təmsilçisi Rumıniyanın “Universitatya” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Valdas Dambrauskasın yetirmələri təlim-məşq toplanışı çərçivəsində iyunun 28-də “Ferentsvaroş” (Macarıstan), iyulun 2-də isə “Polissya” (Ukrayna) ilə də üz-üzə gələcək.