Saybarinin erkən qol matçın taleyini həll etdiv

20.06.26 | 08:34
Dünya futbolu

DÇ-nin C qrupunun ikinci turunda Şotlandiya və Mərakeş yığmaları qarşı-qarşıya gəlib. İlk oyundakı qələbədən sonra qrup lideri kimi meydana çıxan şotlandlara pley-off yolunda heç-heçə də bəs edirdi. Lakin start fiti ilə bütün planlar alt-üst oldu.

Matçın startından cəmi iki dəqiqə keçmişdi ki, Mərakeş hesabı açdı: cərimə meydançasında topla buluşan Saybari yaxın doqquzluğa güclü zərbə ilə Şotlandiyanı şoka saldı (0:1). Oyuna müdafiə planı ilə çıxan britaniyalılar erkən qoldan sonra özlərinə gələ bilmədilər. Şotlandlar ilk hissədə rəqib qapısına demək olar ki, təzyiq edə bilmədi. Yeganə qeyri-dəqiq zərbəni yalnız artırma dəqiqələrində Makginn vurdu. Mərakeş oyuna tam nəzarət edirdi. İlk hissədə El-Aynaui və El-Xannus real qol şanslarını boşa verdilər.

İkinci hissənin startı isə hakim qalmaqalı ilə yadda qaldı. Makginn Mərakeşin cərimə meydançasında yerə yıxılsa da, özbəkistanlı referi İlgiz Tantaşev epizodu davam etdirdi, baxmayaraq ki, təkrar kadrlar penalti üçün əsas olduğunu göstərirdi.

Bu epizoddan dərhal sonra Mərakeş matça nöqtə qoya bilərdi. Ancaq Saybarinin zərbəsindən sonra top tirə dəydi. Bir dəqiqə sonra isə şotlandların qapıçısı Qann, El-Xannusun yaxın məsafədən baş zərbəsini möcüzəvi şəkildə dəf etdi.        

Oyundakı su fasiləsi və ardıcıl əvəzetmələr matçın tempini aşağı salsa da, son 10 dəqiqədə Şotlandiya böyük qüvvə ilə irəli atıldı. Lakin Mərakeş müdafiədə etibarlı oynayaraq hesabı qorumağı bacardı. Saybarinin qolu Mərakeşə qrupdan çıxmaq yolunda qızıl dəyərində 3 xal qazandırdı.

Dünya kuboku. C qrupu, 2-ci tur

Şotlandiya  Mərakeş 0:1

Qol: Saybari, 2 (0:1)

Baş hakim: İlgiz Tantaşev (Özbəkistan)

Stadion: Gillette Stadium (Foksboro)

Şotlandiya: Qann, Xenli, Xendri, Robertson, Tirni (Qennon-Doak, 60), Patterson (Ralston, 89), Maktominey, Ferqyuson, Makginn, Kristi (Maklin, 72), Adams (Dayks, 72).

Mərakeş: Bunu, Hakimi, Diop, Riad, Mazraui, El-Aynaui, Buaddi, Unai (El Murabet, 90), El-Xannus (Talbi, 84), Saybari (Rahimi, 84), Dias (Amaymuni, 84).

Xəbərdarlıqlar: Robertson, 66 – Diop, 23.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24