DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39
Dünya futbolu

Dünya Çempionatında tətbiq edilən məcburi su fasilələri ciddi müzakirələrə və azarkeşlərin etirazına səbəb olub. Sport Bild nəşrinin məlumatına görə, İngiltərə – Xorvatiya matçında britaniyalı fanatlar FIFA-nın bu qərarını fitə basaraq kəskin şüarlarla protest ediblər.

Azarkeşlərin qəzəbi əsassız deyil: FIFA-nın turnirdən dərhal əvvəl qəbul etdiyi qaydaya əsasən, oyun hər hissədə bir neçə dəfə məcburi olaraq dayandırılır. Qurum bunu ABŞ, Kanada və Meksikadakı ekstremal bürkü və istilərdə futbolçuların sağlamlığını qorumaqla əsaslandırır. Lakin İngiltərə və Xorvatiya milliləri arasındakı qarşılaşma Dallasda (Arlinqton), xüsusi kondisioner sistemi ilə təchiz olunmuş qapalı stadionda, tam komfortlu temperaturda keçirilib. FIFA-nın bu qaydanı hava şəraitindən və stadionun növündən asılı olmayaraq, turnirin bütün 104 oyununa şamil etməsi azarkeşləri daha da qəzəbləndirir.

Tənqidçilər bəyan edirlər ki, FIFA-nın bu qərarının arxasında idmançıların sağlamlığı yox, gizli kommersiya maraqları dayanır. Dəqiq müəyyən olunmuş bu fasilələr yayımçı telekanallar və sponsorlar üçün yeni reklam bazarı deməkdir.

Digər tərəfdən, bu fasilələr oyunun təbii ritmini pozsa da, məşqçilər üçün göydəndüşmə fürsətdir. Məsələn, Almaniya – Kürasao matçından sonra bundestimin baş məşqçisi Yulian Naqelsman qərarı yüksək qiymətləndirib. O, bu qısa fasilə sayəsində taktik lövhədə komandasına həlledici tapşırıqlar verə bildiyini vurğulanır.

Paylaş:

Xəbər Lenti

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39

Mundialın qəhrəmanı anasına qovuşur

18.06.26 | 07:50

Messinin göz yaşlarının səbəbi idman deyil, ailə dramıdır

17.06.26 | 23:01

DÇ-də şok ittiham: Vahini polis tərəfindən saxlanılıb

17.06.26 | 22:58

Mbappe və Kamavinqanın məsləhəti işə yaradı: Olise “Real”a “hə” dedi

17.06.26 | 22:28

Ronaldo üçün tarixi oyunda Portuqaliya xal itirdi

17.06.26 | 21:48

“Qarabağ”dan 4-cü transfer: Bruno Lanqa rəsmən Ağdam klubunda

17.06.26 | 21:21

Sadıqov: “Sonda mərhələ keçən tərəf olmaq istəyirik”

17.06.26 | 18:37

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48