Kişilərdən ibarət basketbol üzrə milli komandamız AVRO-2029-un ilkin təsnifat mərhələsinin A qrupundakı oyunlarına hazırlıq çərçivəsində iki yoldaşlıq görüşü keçirəcək. Yığmamız iyulun 2-də Lüksemburq, iyulun 5-də isə İrlandiya ilə baş tutacaq matçlar öncəsi Bakıda Belarus seçməsini qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşmalar iyunun 20 və 22-də baş tutacaq. Hər iki görüş saat 19:00-da start götürəcək.