Portuqaliyanın Portiman şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı Azərbaycan millisi üçün uğurla davam edir. Tamblinq yarışlarında qüvvəsini sınayan təmsilçilərimiz yüksək performans nümayiş etdirərək həlledici mərhələyə vəsiqə qazanıblar.
Təsnifat mərhələsini uğurla adlayan təmsilçilərimiz Mixail Malkin (54,800) və Tofiq Əliyev (54,700) hakimlərdən yüksək qiymət alaraq həlledici final mərhələsinə yüksəliblər.
Fərdi çıxışlarla yanaşı, tamblinq üzrə yığmamızda komanda hesabında da böyük uğura imza atıb. AVRO-2024-ün qalibi olan millimiz bu birincilikdə də favorit statusunu qoruyaraq final mərhələsinə yüksəlib.