Dünya futboluna ağır itki: Mirça Luçesku vəfat etdi

08.04.26 | 06:19
Dünya futbolu

Futbol dünyası əfsanəvi simalarından birini itirdi. Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı rumıniyalı insayder-jurnalist Emanuel Roşu paylaşıb.

Roşu öz sosial şəbəkə hesabında dahi mütəxəssislə bağlı bu sözləri qeyd edib: “Faciəvi xəbər: Mirça Luçesku 15 dəqiqə əvvəl vəfat etdi. O, geridə bütöv bir futbol kainatı qoydu. Allah rəhmət eləsin! Cəmi iki həftə əvvəl, xəstəliyinə rəğmən, Rumıniya millisini DÇ-2026-nın pley-off mərhələsində Türkiyəyə qarşı oyuna çıxarmışdı”.

Xatırladaq ki, təcrübəli mütəxəssis Rumıniya yığmasının məşqində özünü pis hiss etdikdən sonra təcili xəstəxanaya yerləşdirilmişdi. Ötən cümə günü kəskin miokard infarktı keçirən Luçeskunun vəziyyəti bazar günü daha da ağırlaşmış və həkimlər onu süni koma vəziyyətinə salmışdılar. Lakin bütün tibbi müdaxilələrə baxmayaraq, “Mister”in həyatını xilas etmək mümkün olmayıb.

Mirça Luçesku həm futbolçu, həm də məşqçi kimi adını tarixə qızıl hərflərlə yazdıran simalardan idi.

Futbolçu karyerası: Karyerasının böyük hissəsini Buxarest “Dinamo”suna (1963-1977) həsr edib, eyni zamanda “Sportul”, “Korvinul” və Rumıniya millisinin uğurları üçün tər töküb. Meydanda olduğu illərdə 7 titul qazanıb.

Məşqçilik fəaliyyəti: Məşqçi kimi Avropanın müxtəlif ölkələrində iz qoyub. “Qalatasaray”, “Beşiktaş”, “İnter”, “Şaxtyor” (Donetsk), “Dinamo” (Kiyev) və “Zenit” kimi klubları çalışdırıb. Həmçinin Türkiyə və Rumıniya milli komandalarına rəhbərlik edib.

Luçesku məşqçilik karyerası ərzində ümumilikdə 35 titul qazanmaqla futbol tarixinin ən çox kubok sahibi olan mütəxəssislərindən biri kimi yaddaşlarda qalacaq.v

Paylaş:

Xəbər Lenti

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43

Şərqi Avropa intizamı Niderland hücumuna qarşı: Arda Turanın çətin imtahanı

09.04.26 | 07:00

İngilislər çətin səfərlərdə, İspaniya təmsilçisi Almaniya sınağında

09.04.26 | 07:36

Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21

Tamblinqçilərimiz Avropa çempionatında finala adladılar

08.04.26 | 23:01

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə

08.04.26 | 23:27

“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33

ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09

İspanların  Almaniya təhlükəsi hələ sovuşmayıb

08.04.26 | 18:32

“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26

“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29

“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20

Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18

UEFA Avropa Liqası: 1/4 final mərhələsi start götürür

08.04.26 | 13:46

Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29

Avropa çempionatında “Azərbaycan derbisi”

08.04.26 | 12:09

“Sabah”dan səfər yubileyi: 120-ci oyunda 50-ci qələbə

08.04.26 | 12:14

Dünya futboluna ağır itki: Mirça Luçesku vəfat etdi

08.04.26 | 06:19

ÇL: “Bavariya” və “Arsenal”ın səfər qələbəsi

07.04.26 | 23:31

Vadar Nuriyev: “Hakimin qərarları oyunumuza birbaşa təsir etdi”

07.04.26 | 23:43