5 dəqiqəyə həll olunan müqavilə: “Hall Siti” Yakiroviçlə müqaviləni yeniləyir

24.08.26 | 01:57
Dünya futbolu

İngiltərənin “Hall Siti” klubu baş məşqçisi Serqey Yakiroviçlə yeni müqavilə imzalayacaq. Klubun sahibi Acun Ilıcalı The Athletic nəşrinə açıqlamasında xorvatiyalı mütəxəssislə danışıqların cəmi 5 dəqiqə çəkdiyini təsdiqləyib.

Mövsümün sonunda müqaviləsi başa çatan Yakiroviç komandanı Premyer Liqaya çıxardığı üçün mükafatlandırılır. Acun Ilıcalı danışıqlar prosesini belə təsvir edib: “Demək olar ki, heç bir uzun-uzadı müzakirə olmadı. Bütün şərtləri razılaşdırdıq və müqaviləni uzadırıq. Söhbətimiz cəmi 5 dəqiqə çəkdi. Zarafat etmirəm, hər şeyi 5 dəqiqəyə həll etdik”.

Premyer Liqaya “Mançester Yunayted” üzərindəki 2:0 hesablı tarixi qələbə ilə başlayan “pələnglər”in sahibi uğurun sirrini komandanın istəyində görür: “Bu mövsüm 3 əsas üstünlüyümüz var: autsayderik, hər kəs bizi zəif hesab edir və biz meydanda ürəklə oynayırıq. Bir çox komandada bu ruh çatışmır. Oyunçularımız üçün yeganə prioritet uğur qazanmaqdır”.

Cəmi 16 ay əvvəl III liqaya (Liqa 1) düşmək təhlükəsi yaşayan və transfer qadağası ilə üzləşən “Hall Siti”də Yakiroviçin gəlişi dönüş nöqtəsi oldu. O, komandanı pley-offa, ardından “Uembli”dəki finalda “Middlesbro”nu 1:0 üstələyərək elitaya daşıdı. 48 yaşlı xorvatiyalı mütəxəssis İngiltərəyə gəlməzdən əvvəl “Qoritsa”, “Maribor”, “Zrinjski”, “Riyeka”, “Dinamo Zaqreb” (Xorvatiyada qızıl dubl) və “Kayserispor”da çalışıb.

Paylaş:

Xəbər Lenti

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28